30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Göyçayda “Nar Festivalı” çərçivəsində “Aqrar Biznes Festivalı” keçirilib

Göyçay rayonunda 16-cı “Nar Festivalı” keçirilib. Festivalda ölkənin müxtəlif bölgələrindən gələn fermerlər və sahibkarlar iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Festivalın keçirilməsində əsas məqsəd regionda formalaşmış narçılıq ənənələrinin yaşadılması və geniş ictimaiyyətə tanıdılması, bu ənənələri turizm və iqtisadi inkişafın mühüm hissəsinə çevirmək, eyni zamanda yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə şərait yaratmaqdan ibarət olub.

Tədbirdə 65-dən artıq stend fəaliyyət göstərib. Bu stendlərdə fermerlərin becərdiyi nar sortları, eləcə də nar mövzusunda hazırlanan dekorativ əl işləri sərgilənib.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, elmi-tədqiqat müəssisələrinin iştirakı ilə “Aqrar Biznes Festivalı” keçirilib.

Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində innovasiyaların, müasir texnologiyaların və elmi yeniliklərin təşviq olunması, fermerlərin və sahibkarların biznes əlaqələrinin inkişaf etdirilməsi, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması olub.

Festivalda həmçinin kənd təsərrüfatı texnikası, gübrə və pestisid istehsalı ilə məşğul olan şirkətlər geniş şəkildə iştirak ediblər. Onlar ziyarətçilərə müasir aqrotexniki avadanlıqlar, məhsuldarlığın artırılmasına yönəlmiş gübrə növləri, bitki mühafizəsi vasitələri və ekoloji cəhətdən təhlükəsiz pestisidlər təqdim ediblər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?