24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Saatlıda Aqrar Biznes festivalları keçirilib

Saatlıda Aqrar Biznes festivalları keçirilib

Saatlı rayonunda Aqrar Biznes və Pambıq Festivalı keçirilib. Tədbir cari il ərzində regionlarda təşkil olunan 15-ci məhsul festivalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festivalın əsas məqsədi pambıqçılıq sahəsində istehsal zəncirinin bütün mərhələlərində -toxumçuluqdan yığım və emala qədər - əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalarla tanış olması, ixracyönümlü istehsalın təşviqi və regionda aqrar sahibkarlığın inkişafına dəstək verilməsidir. Bununla yanaşı, festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və yerli məhsulların tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində mövsümün 14-cü və sonuncu Toxum sərgi-satış yarmarkası keçirilib.

Festivalda müxtəlif kənd təsərrüfatı məhsul və texnologiyaları, həmçinin pambıqçılıqda geniş istifadə olunan kənd təsərrüfatı texnikaları və aqreqatlar geniş şəkildə sərgilənib.

Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə də keçirilib. Paneldə fermerlərə və sahibkarlara güzəştli kreditlər, subsidiyalar, dövlət proqramları və investisiya dəstəyi imkanları barədə məlumat verilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?