30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ARDNF BƏƏ-nin aparıcı investisiya qurumları ilə əlaqələri genişləndirir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları ilə bir sıra görüşləri keçirilib.

Fondun məlumatına görə, görüşlərin əsas məqsədi beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran investisiya sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək birgə təşəbbüslərin perspektivlərinin nəzərdən keçirilməsi olub.

Mubadala İnvestisiya Şirkətində keçirilən görüş zamanı İsrafil Məmmədov şirkətin Baş dayanıqlılıq və risklərin idarəedilməsi üzrə direktoru Əhməd Əl Calili ilə görüşüb. Görüşdə dayanıqlı investisiyalar sahəsində əməkdaşlığın inkişafı, təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

“Lunate” şirkətinin Baş partnyoru Xalifa Əl Suveydi ilə keçirilən görüşdə isə investisiya portfellərinin idarəedilməsi təcrübəsi, alternativ aktivlərə yönəlmiş investisiya yanaşmaları və uzunmüddətli tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlər ARDNF ilə Birləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və gələcək tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?