30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdaşda Aqrar Biznes festivalları keçirilib

Ağdaş rayonunda bölgənin kənd təsərrüfatı potensialının və xüsusilə meyvəçiliyin inkişafına dəstək məqsədilə “Heyva Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festivalın keçirilməsində əsas məqsəd regionun aqroturizm imkanlarının genişləndirilməsi, fermer və sahibkarlar arasında birbaşa əməkdaşlıq mühitinin yaradılması, həmçinin yerli kənd təsərrüfatı məhsullarının tanıdılması və satış imkanlarının artırılması olub.

Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkası da təşkil olunub. Bu təşəbbüsün məqsədi yerli toxumçuluğun inkişafına dəstək vermək, fermerlərin iqlim şəraitinə uyğun, sertifikatlı və keyfiyyətli toxumlara çıxış imkanlarını artırmaqdır. Yarmarka çərçivəsində yerli toxum istehsalçıları ilə birbaşa əlaqə yaradılıb, fermerlər üçün yeni əməkdaşlıq imkanları müzakirə olunub. Yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Tədbir zamanı toxum, gübrə, yeni kənd təsərrüfatı texnologiyaları, müasir suvarma sistemləri sərgilənib, innovativ aqrotexniki həllər və torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi barədə praktiki məlumatlar təqdim edilib. Festival həm də Ağdaş rayonunun aqrar potensialını və aqroturizm imkanlarını nümayiş etdirmək baxımından mühüm platformaya çevrilib.

Qeyd edək ki, cari il ərzində ölkənin müxtəlif regionlarında — Samuxda “Ərik”, Şəmkirdə “Tərəvəz”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Masallıda “Düyü və çəltik” və digər festivallar da daxil olmaqla ümumilikdə 11 məhsul festivalı keçirilib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?