15 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sənayesində süni intellektin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Neft Şirkətinin məlumatına görə, əməkdaşlıq çərçivəsində SOCAR-ın hazırladığı süni intellekt həllərinin alınması, təcrübə və mütəxəssis mübadiləsi, SOCAR tərəfindən rəqəmsal transformasiya, istehsal proseslərinin rəqəmsallaşdırılması və səmərəliliyinin artırılması, həmçinin informasiya texnologiyaları sahəsində konsultasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Memorandum çərçivəsində tərəflər qarışdırma parametrlərinin optimallaşdırılması ilə dizel yanacağı istehsalının artırılmasına yönələn süni intellekt əsaslı layihələr, əməliyyat qruplarının işini dəstəkləyən böyük dil modelini (Large Language Model - LLM), həmçinin geoloji və enerji məlumatlarının təhlilinin avtomatlaşdırılmasına yönələn “Seismic AI” (seysmik süni intellekt) və ENOM həllərinin hazırlanmasını planlaşdırır. Bundan əlavə, SOCAR şirkətin bütün biznes proseslərini birləşdirən vahid məlumat arxitekturasının yaradılması, eləcə də seysmik və qazma məlumatlarının tam rəqəmsallaşdırılması və vizuallaşdırılmasını təmin edən ODLAR və “Daily Drilling” layihələrində konsultasiya dəstəyi göstərəcək.

SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumu neft və qaz sənayesində süni intellekt texnologiyalarının tətbiqini inkişaf etdirəcək. Bu əməkdaşlıq enerji sektorunda innovativ yanaşmaların tətbiqini təşviq etməklə yanaşı, iki ölkənin iqtisadi əməkdaşlığını və texnoloji tərəfdaşlığını daha da möhkəmləndirəcək.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?