30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA və Serbiyanın İnkişaf Agentliyi KOB sahəsində əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər

Serbiyanın Belqrad şəhərində keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Serbiyanın İnkişaf Agentliyi (RAS) əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər.

Sənəd 2022-ci ildə KOBİA və Serbiyanın İnkişaf Agentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası istiqamətində fəaliyyətin təşkilini nəzərdə tutur. 2026-2027-ci illəri əhatə edən Yol Xəritəsində Azərbaycan və Serbiya KOB-ları arasında əlaqələrin qurulmasına dəstək, KOB-larla bağlı tədbirlər, onlar üçün ən yaxşı dəstək mexanizmləri və biznes imkanları haqqında məlumat və təcrübə mübadiləsi, KOB-larla əlaqəli təşkilatlar arasında əməkdaşlığın qurulması, mövcud məlumatların qarşılıqlı şəkildə paylaşılması, tərəflərin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştiraka dəstək və digər məsələlər öz əksini tapıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Hökumətlərarası Komissiyanın iclasında və Azərbaycan–Serbiya biznes forumundakı çıxışlarında KOB-ların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb. O, KOB evi ilə bağlı təcrübənin paylaşılması və Agentliyin təşəbbüsü ilə irəli sürülmüş Bakı İqlim Bəyyanaməsinə qoşulma kimi istiqamətlərin əməkdaşlığa töhfə verəcəyini qeyd edib. KOBİA sədri Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə də məlumat verib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?