Emal edilməmiş metalların istehsalı 50 faizədək artıb
Bu ilin yanvar-sentyabr aylarında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 26,9 min ton emal edilməmiş metallar (qurğuşun, alüminium, sink, nikel və s.) istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 49,4 faiz və ya 8,9 min ton artıb.
Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 9,1 min ton təşkil edib.
