30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin sədri Aygün Attar və DEİK Türkiyə - Azərbaycan İş Şurasının sədri Selçuk Akat ilə görüş keçirib. Görüşdə, həmçinin Türkiyənin sənaye, daşınmaz əmlak, maliyyə, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Fondun ölkələrarası mədəni, iqtisadi fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli işbirliyindən məmnunluq ifadə olunub. Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, azad olunmuş ərazilərimizin biznes imkanları haqqında məlumat verilib, qarşılıqlı faydalı tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib. Türkiyənin biznes subyektləri Azərbaycanda fəaliyyət göstərməyə və biznes mühitindən faydalanmağa maraq göstərdiklərini ifadə ediblər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?