7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Çinin Şaansi əyaləti ilə Azərbaycanın iqtisadi və ticarət əməkdaşlığı” mövzusunda tədbir keçirilib

Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Şaansi Əyalət Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Çinin Şaansi əyaləti ilə Azərbaycanın iqtisadi və ticarət əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.

Agentliyin məlumatına görə, tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı ölkəmizin Çinlə əməkdaşlığının inkişaf dinamikasından, Çin şirkətlərinin Azərbaycandakı investisiya layihələrindən, həmçinin Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi aparatının və ticarət evlərinin fəaliyyətindən danışıb. O, eyni zamanda, bu ilin sentyabr ayında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verərək, Şaansi əyalətindən olan təşkilat və şirkətləri növbəti forumda iştirak etməyə dəvət edib.

Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Şaansi Əyalət Komitəsinin partiya katibi Vanq Xonqvey öz növbəsində Çin-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini vurğulayıb, ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli biznes mühitini yüksək qiymətləndirib və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.

Tədbir çərçivəsində hər iki ölkənin iqtisadi imkanlarını əks etdirən, eləcə də həm yerli, həm də Çin şirkətləri tərəfindən təqdimatlar keçirilib. Sonda tərəflər arasında məlumat mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?