23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
136 KOB subyektinin məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub

136 KOB subyektinin məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub

Daha 7 mikro və kiçik sahibkarlıq subyektinin iri ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, KOB subyektlərinin peçenye, konserv məhsulları, meyvə qurusu, cem, qurudulmuş ət, toyuq məhsulları, soyuq sıxım əzmələr, günəbaxan yağları və s. məhsullarının “Bolmart” və “Megastore” ticarət şəbəkələrində satışına başlanılıb. İstehlakçılar müvafiq ticarət şəbəkələrindəki xüsusi stenddən KOB subyektlərinin məhsullarını ala bilərlər.

Bununla da dövlət dəstəyi hesabına, güzəştli şərtlərlə ticarət şəbəkələrində məhsullarının satışına dəstək göstərilmiş KOB subyektlərinin sayı 2025-ci ilin ötən dövründə 44 olmaqla, ümumilikdə 136-ya çatıb.

Qeyd edək ki, KOBİA mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların dövlət dəstəyi hesabına tanıdılmasına və satışına dəstək üçün iri ticarət şəbəkələrində ayrıca stendlər götürərək, bu məhsulların satışını təşkil edir. Bu dəstək həmçinin, KOB-lar tərəfindən yaradılan yeni brendləri və yerli məhsulları təşviq edir.

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən mikro və kiçik sahibkarlıq subyektləri istifadə edə bilərlər. Bunun üçün qida məhsulları istehsal edən mikro və kiçik sahibkarlar elektron qaydada Agentliyə müraciət edə bilərlər. Hazırda ticarət şəbəkələrində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışını həyata keçirmək üçün 8 satış nöqtəsi fəaliyyət göstərir. Qaydalar, satış yerləri və müraciət formasını doldurmaq üçün KOB-lar keçid linkinə daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər: https://smb.gov.az/az/nav/ticaret-sebekelerine-cixis-1

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?