İqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb
2025-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
Nobel Komitəsi oktyabrın 13-də Joel Mokirin “Texnoloji tərəqqi vasitəsilə davamlı iqtisadi artım üçün zəruri şərtləri müəyyən etdiyinə görə”, Filipp Aqhionun və Piter Hauittin “Yaradıcı dağıdıcılıq vasitəsilə davamlı iqtisadi artım nəzəriyyəsinə görə” Nobel mükafatına layiq görüldüyünü elan edib.
