7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə aqrar təyinatlı torpaqların icarəsinə dair investisiya müsabiqəsi başa çatır

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi bu həftə başa çatır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) üzərindən 15 oktyabr tarixinədək qəbul ediləcək.

İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd (4368 ha), Xocalı (1500 ha) və Laçın (1008 ha) rayonlarında yerləşir. İnvestisiya layihəsinin istiqaməti bağçılıq və heyvandarlıq sahələrini əhatə edir.

İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilədək uzadılır.

Müsabiqə ilə bağlı ətraflı məlumatla https://shorturl.at/E4IvW səhifəsindən tanış olmaq olar.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?