7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Açıq bankçılıq” platformasının əhatə dairəsi genişləndiriləcək

Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb. Platformaya 13 kommersiya bankı tam inteqrasiya edilib, 6 bank üzrə isə işlər yekunlaşmaq üzrədir.

Hazırda iki bank tərəfindən (“Azərbaycan Beynəlxalq Bankı” və “Turan Bank”) “Açıq bankçılıq” funksionalı mobil tətbiqlər üzərindən müştərilərə təqdim edilir. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçün onların razılığı əsasında digər banklarda olan hesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.

Cari ilin sonunadək “Açıq bankçılıq” platformasının əhatə dairəsinin genişlənməsi və digər kommersiya bankları, ödəniş təşkilatları və elektron pul təşkilatlarının da bu platformaya qoşulacağı nəzərdə tutulur.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?