24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR ilə “Uniper” şirkəti arasında Əməkdaşlıq Proqramı imzalanıb

SOCAR ilə “Uniper” şirkəti arasında Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib.

Neft Şirkətinin məlumatına görə, iclasda ilk öncə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun, “Uniper SE”nin kommersiya üzrə direktoru Karsten Poppinganın və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın çıxışları dinlənilib. Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva əsas məruzə ilə çıxış edib.

Çıxışlarda SOCAR ilə “Uniper” şirkəti arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, birgə həyata keçirilən layihələrin Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Daha sonra SOCAR–Uniper əməkdaşlığı, Cənub Qaz Dəhlizi üzrə mövcud vəziyyət, Avropa enerji siyasəti və yeni tendensiyalar, enerji keçidi, dayanıqlılıq və dekarbonizasiya, şirkətlərin kommunikasiya və ictimaiyyətlə əlaqələr, kadr siyasəti barədə təqdimatlar edilib, mövzular əsasında fikir mübadiləsi aparılıb. İclasda, eyni zamanda kommunikasiya və korporativ sosial məsuliyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Sonda SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?