28 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda üztanımaya əsaslanan təmassız ödəmə üsulu tətbiq olunacaq

Azərbaycanda üztanıma (biometrik) texnologiyasına əsaslanan yeni təmassız ödəmə üsulu tətbiq olunacaq. Bu məqsədlə hazırlanan SİMA Pay artıq test rejmində sınaqdan keçirilib. Bu barədə “vergiler.az”a “AzİnTelekom” MMC-dən məlumat verilib.

Bildirilib ki, SİMA Pay biometrik kameralara malik ticarət məntəqələrində tətbiq olunacaq. Həmçinin, ictimai nəqliyyat, səhiyyə müəssisələri, hotellər və istirahət mərkəzlərində inteqrasiya olunması nəzərdə tutulur: “Yəni ilkin fokus insan axınının çox olduğu və sürətli ödənişin üstünlük təşkil etdiyi məkanlardır. İlk olaraq Azərbaycan Dəmir Yollarının stansiyalarında test edilib və uğurla sınaqdan keçib. Hazırda yeniliyin metro stansiyalarında test edilməsi üçün danışıqlar aparılır. Məqsəd istifadəçilərin heç bir vasitəyə (kart, nağd pul və mobil qurğulara) ehtiyac olmadan, yalnız biometrik identifikasiya ilə ödəniş etməsini təmin etməkdir. Bu yanaşma əməliyyat xərclərini azaltmaq, fırıldaqçılıq riskini minimuma endirmək və müştəri təcrübəsini sürətləndirmək üçün yaradılıb”.

Bəs vətəndaşlar SİMA Pay-dən necə yararlana bilər? “AzİnTelekom” MMC-nin mütəxəssisləri bildirirlər ki, bu, tərəfdaşlıq şərtlərindən asılıdır. Əsasən mobil tətbiq üzərindən qurulma uyğun ola bilər. Belə ki, istifadəçi qurumun tətbiqində biometrik (üz) testi keçərək öz simasını bank kartına “bağlaya” bilər. Bu proses bir dəfə edilir və daha sonra avtomatik şəkildə işləyir. Texnoloji həll olaraq, SİMA platformasının bulud əsaslı infra­strukturundan, üztanıma və SİMA KYC kimi identifikasiya modullarından istifadə olunur. SİMA, həmçinin açıq açar və gücləndirilmiş rəqəmsal imza həlləri ilə işləyir. Biometrik məlumatlar istifadəçiyə məxsus və təkrarolunmazdır, ödəniş biometrik identifikasiya ilə həyata keçirilir. SİMA Pay elektron cüzdanlarla asanlıqla əlaqələndirilə bilər. Bu isə elektron ticarət, hesablaşmalar və gələcəkdə hökumət ödənişləri üçün geniş imkanlar açır.

Fərdi məlumatların qorunmasına gəlincə, bildirilib ki, SİMA Pay istifadəçinin bank kartını istifadə etməyə imkan verir. Ödəniş əməliyyatları biometrik təsdiq vasitəsilə aktivləşir. SİMA heç bir halda kart məlumatlarını saxlamır və ödənişlər təhlükəsiz şəkildə həyata keçirilir.

VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi?