13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AYİB Azərbaycanda ilk dəfə olaraq kütləvi təklif üsulu ilə manatda istiqraz yerləşdirib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə daxili bazarda ilk dəfə Azərbaycan manatında istiqraz yerləşdirib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi AMB-nin AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaq.

Ümumi məbləği 50 milyon manat və tədavül müddəti 1 il olan istiqrazların yerləşdirilməsi bu gün baş tutub. Yerləşdirmə zamanı 12 investor tərəfindən təqdim edilmiş müştəri sifarişlərinin ümumi həcmi 55,2 milyon manat təşkil etməklə ümumi yerləşdirmə məbləğini üstələyib.

Bu istiqraz buraxılışı Azərbaycanın kapital bazarında maliyyə alətlərinin diversifikasiyasına, investorların bazara etimadının güclənməsinə, yerli bazardan maliyyələşmə təşəbbüslərinin artmasına, ölkəmizin maliyyə bazarlarının dərinləşməsinə və ümumilikdə kapital bazarının inkişafına mühüm töhfə verəcək.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?