Yanvar-avqust aylarında 560,7 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 560,7 milyon dollar dəyərində 539,4 min tondan çox meyvə və tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri və həcmi 32,2 faiz artıb.
Cari ilin ilk 8 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,29 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 23,37 faizə bərabər olub.
