25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkəyə Plug-in hibrid tipli avtomobillərin idxalı 6 dəfə artıb

Bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 733 milyon ABŞ dolları dəyərində 37,2 minə yaxın hibrid avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 1,9 dəfə və ya 345,1 milyon dollar, say baxımından isə 2,7 dəfə və ya 23,6 min ədəd üstələyir.

Hesabat dövründə idxal edilən hibrid avtomobillərin strukturunda HEV (Hybrid Electric Vehicle) tipli avtomobillərin payı 31 faiz, PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərin payı isə 69 faiz təşkil edib.

Cari ilin ilk 8 ayında ölkəyə 241,8 milyon dollar dəyərində 11,5 min ədəd HEV avtomobilləri idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,7 faiz, say baxımından isə 24,5 faiz çoxdur. Bununla yanaşı 491,8 milyon dollarlıq 25,6 min ədəd Plug-in tipli hibrid elektrik avtomobilləri idxal edilib. Bu, bir il öncəki göstəriciləri müvafiq olaraq 3,3 və 6 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk 8 ayında ölkəyə 1,38 milyard dollar (+24,3 faiz) dəyərində 74,4 mindən (+26,4 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 49,92 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 27 faiz bəndi çoxdur.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?