24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

Nazirlər Kabinetindən verilən məlumata görə, sentyabrın 12-13-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?