7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların təqdimatı ilə bağlı görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun istifadəsi və funksionallığı ilə bağlı maarifləndirici görüş keçirilib.

Dövlət Agentliyinin məlumatına görə, görüşdə ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirən 13 kalibrləmə laboratoriyasının 20-yə yaxın nümayəndəsi iştirak edib.

Görüş zamanı Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış edib. Bildirilib ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətini həyata keçirən kalibrləmə laboratoriyaları uyğunluğu qiymətləndirən qurum hesab olunur. Bu səbəbdən akkreditasiya nişanından istifadə hüququnun əldə edilməsi məqsədilə həmin laboratoriyaların akkreditasiyadan keçməsi zəruridir. Həmçinin Keyfiyyət informasiya sistemi vasitəsilə hər hansı bir fəaliyyətin həyata keçirilməsi üçün kalibrləmə laboratoriyalarının mütləq şəkildə akkreditə edilmiş olmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbir zamanı uyğunluğu qiymətləndirən qurumlar, o cümlədən akkreditasiya edilmiş kalibrləmə laboratoriyaları tərəfindən təqdim olunan sənədlərin elektron qaydada yaradılması məqsədilə Agentliyin Keyfiyyət informasiya sistemində (e-keyfiyyet.gov.az) “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun istifadəyə verildiyi qeyd olunub. Bildirilib ki, kalibrləmə laboratoriyaları asan imza və ya elektron imzadan istifadə etməklə sözügedən modul vasitəsilə fəaliyyətin nəticəsinə dair sifarişçilərə təqdim olunan kalibrlənmə sertifikatını elektron qaydada yaradır. Modul vasitəsilə elektron formada yaradılan sənədlər üzərində eyniləşdirmənin aparılmasına imkan verən QR kodlarla təqdim edildiyindən sənədlərin tanınması vətəndaşların müvafiq qurumlara etimadının artırılmasına xidmət edir. Yeni modulun tətbiqi qurumların qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və akkreditasiya sahəsində qüvvədə olan tələblərin pozulmasının qarşısının alınmasına töhfə verməklə yanaşı, xidmətlərin göstərilməsi zamanı şəffaflığı da təmin edir.

Daha sonra praktiki nümunələr əsasında “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulundan istifadə qaydaları izah olunub və iştirakçıların sualları cavablandırılıb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?