24 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyata 6 milyard dollardan çox sərmayə qoyulub

İqtisadiyyat Nazirliyinin avqustun 14-də keçirilmiş kollegiya iclasında qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb.
Yarım il ərzində ölkə iqtisadiyyatına 6 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2,5 faiz təşkil edib.

2019-cu ilin birinci yarısında Azərbaycanda sahibkarlara 1.130 lisenziya verilib. Onların 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmə olub. Ötən ilin martında yaradılan "Lisenziyalar və icazələr" portalı vasitəsilə sahibkarlara 1.100-dən çox elektron lisenziya verilib.

2019-cu ilin birinci yarısında 449 milyon manatdan çox olan layihələr üzrə
50 investisiya təşviqi sənədi verilib. Layihələrin 58 faizi sənaye,
34 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm sahələrini əhatə edir

Ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Yarım il ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub. Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb, ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğu qeyd edilərək bildirilib ki, 2019-cu ilin birinci yarısında 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. Layihələrin 58 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm sahələrini əhatə edir. İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi çərçivəsində bu ilin ilk 6 ayında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib.

İlin ilk 6 ayında ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1.265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalının payına düşür. Bu kreditlərin 44 faizi regionlarda, 56 faizi isə Bakı qəsəbələrində verilib.