13 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana idxal olunan avtomobillərin sayı iki dəfəyə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrdən Azərbaycana 22 min 974 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Onların 20 min 800 ədədini əsasən sərnişin daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 7 ayında ölkəyə maşın idxalı 11.274 ədəd və ya 1,96 dəfə artıb. Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 70 ədəd artaraq 139 ədəd, əsasən sərnişin daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 10.398 ədəd artaraq 20.800 ədədə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 7 ayında yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 786 ədəd artaraq 1.943-ə çatıb. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 20 ədəd artaraq 92 ədəd təşkil edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?