Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 7 ayında ölkəyə maşın idxalı 11.274 ədəd və ya 1,96 dəfə artıb. Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 70 ədəd artaraq 139 ədəd, əsasən sərnişin daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 10.398 ədəd artaraq 20.800 ədədə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 7 ayında yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 786 ədəd artaraq 1.943-ə çatıb. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 20 ədəd artaraq 92 ədəd təşkil edib.