20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəffaflaşma vergi daxilolmalarının artımına şərait yaradıb

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, vergidən yayınma hallarına son qoyulması, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, əlverişli sahibkarlıq mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün aşağı salınması, çevik inzibatçılığın təmin olunması ilə bağlı vergi orqanlarının gördüyü işlər diqqətdə saxlanılıb. Vergilər naziri Mikayıl Cabbarov bu istiqamətlərdə 2019-cu ilin 6 ayı ərzində həyata keçirilən tədbirlər barədə çıxışında 2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmalarının, o cümlədən qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempinin ÜDM-in nominal artım tempini üstələdiyini qeyd edib.

Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki, dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, effektiv vergi nəzarətinin tətbiqi, vergi uçotunun düzgün qurulması istiqamətində aparılan tədbirlər nəticəsində dövriyyələr şəffaflaşdırılır: "Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur.

Artıq ilin birinci yarısında qeydiyyata alınmış vergi ödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin artımı vergi daxilolmalarına müsbət təsir edib.

Şəffaflaşma istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, vergi inzibatçılığında həyata keçirilən islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrində vergi daxilolmalarının artımına şərait yaradıb".

E.Səlimovun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdə münbit şərait yaradılıb: "Bu ilin 6 ayı ərzində iqtisadiyyatın müxtəlif sahələrinə 6 milyard manat həcmində sərmayə qoyulub. Nəticədə bütün sahələrdə inkişaf, artım qeydə alınıb. İqtisadiyyatın sürətli inkişafı, əldə olunan əlavə gəlirlər vətəndaşların rifahının və yaşayış səviyyəsinin yüksəldilməsinə imkan verir. Əsas hədəf dövlət başçısı tərəfindən bəyan edilmiş sosial paketin həyata keçirilməsidir. İndiyədək minimum əməkhaqqı təxminən 2 dəfə - 130 manatdan 250 manata, minimum pensiya 116 manatdan 200 manata çatdırılıb. Bura sosial müavinətlərin, məcburi köçkünlərin müavinətlərinin 50 faiz artırılması, problemli kreditlərlə bağlı məsələlərin həllini də əlavə etsək, dövlətimizin sosialyönümlü siyasətinin miqyasını aydın təsəvvür edə bilərik".

Fəxriyyə İKRAMQIZI

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?