15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biləsuvarda ölkənin ən böyük GES-in tikintisinə başlanılıb

Biləsuvarda Günəş elektrik stansiyasının tikintisi çərçivəsində ilk günəş paneli dayağının quraşdırılmasına başlanılıb.

Ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazi ayrılıb.

Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən yüksəkixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvar rayonundan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Xatırladaq ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması məqsədilə Biləsuvar rayonunda Günəş elektrik stansiyasının inşası ilə əlaqədar Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanıb və 2024-cü il iyunun 4-də Prezident İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə layihənin təməli qoyulub.

AZƏRTAC

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?