3 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam şəhərinin 3 yaşayış məhəlləsində inşaat işləri sürətlə davam edir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”na uyğun olaraq, Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, hazırda 2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-sı isə qeyri-yaşayış binalarıdır. Bu məhəllədə 1268 mənzil olacaq ki, onlardan 114 ədədi birotaqlı, 464 ədədi ikiotaqlı, 536 ədədi üçotaqlı, 154 ədədi isə dördotaqlıdır. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq.

4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur. Burada 10 kvartal üzrə 64 bina olacaq. Onlardan 47-si yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. 4-cü yaşayış məhəlləsində 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşdırılıması nəzərdə tutulur. Bu məhəllədəki binalarda 48 ədəd birotaqlı, 356 ədəd ikiotaqlı, 474 ədəd üçotaqlı və 202 ədəd dördotaqlı mənzillər olacaq. Bundan əlavə bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı yaradılacaq.

5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. Burada 12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq. Onlardan 40 ədədi çoxmənzilli yaşayış binası, 10 ədədi isə qeyri yaşayış binalarıdır. Həmin binalarda 1074 mənzil olacaq ki, onlardan 5 ədədi birotaqlı, 372 ədədi ikiotaqlı, 443 ədədi üçotaqlı və 254 ədədi isə dördotaqlıdır. 5-ci yaşayış məhəlləsində də qeyri-yaşayış binaları tikiləcək, uşaq, idman və istirahət meydançaları, eləcə də qazanxanalar olacaq.

AZƏRTAC

VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?