24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Akkreditasiya Mərkəzi APAC-a tamhüquqlu üzv qəbul olunub

Azərbaycan Akkreditasiya Mərkəzi APAC-a tamhüquqlu üzv qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib.

Dövlət Agentliyinin məlumatına görə, bu, AzAK tərəfindən akkreditasiya edilmiş sınaq və kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluq sənədlərinin (kalibrləmə və sınaq nəticələri və s.) Asiya-Sakit Okean regionunda tanınmasına imkan yaradacaq, təşkilatın digər üzvləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də Azərbaycanın qlobal akkreditasiya sistemində daha fəal iştirakına töhfə verəcək.

AzAK tərəfindən 2024-cü ilin 30 iyul tarixində APAC-a tamhüquqlu üzvlük və Qarşılıqlı Tanınma Razılaşmasının (MRA) imzalanması məqsədilə rəsmi müraciət edilib. Bu xüsusda AzAK-ın fəaliyyətinin beynəlxalq akkreditasiya tələblərinə uyğunluğunun qiymətləndirilməsi və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə APAC nümayəndələri tərəfindən həmkar qiymətləndirilməsi həyata keçirilib. Aparılan qiymətləndirmənin müsbət nəticələri əsasında AzAK-ın APAC-a ISO/IEC 17025:2017 beynəlxalq standartı üzrə tamhüquqlu üzv olmaqla bağlı müraciəti qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.5.1-ci yarımbəndində milli akkreditasiya qurumunun ISO/IEC 17011:2017 “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma razılaşmalarının bağlanılması nəzərdə tutulub. Bu çərçivədə AzAK-ın fəaliyyəti ISO/IEC 17011:2017 standartının, o cümlədən akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların tələblərinə uyğunlaşdırılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması