15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bayraktar: "Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək"

Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək və logistik yollar birləşdiriləcək.

Bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan ərazisindən keçməklə ötürülür.

Bayraktarın sözlərinə görə, Orta Asiyada yerləşən digər enerji mənbələri və logistik marşrutlar Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq.

Nazir vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlər - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birgə icra olunur. Bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdıran Bayraktar deyib: “Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, eləcə də Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”.

AZƏRTAC

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?