15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyəli iş adamları yerli KOB-larla birgə layihələr reallaşdırmağa dəvət olunub

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Mersin şöbəsinin üzvü olan iş adamları Bakıda səfərdədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, səfər çərçivəsində “Bakı KOB evi”ndə türkiyəli iş adamları və KOBİA nümayəndələri arasında görüş keçirilib.

Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov KOBİA-nın fəaliyyəti, ölkəmizdə sahibkarlara göstərilən dəstək və xidmətlər, təşviq alətləri barədə məlumat verib. İş adamlarını Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən, iqtisadiyyatın prioritet sektorları üzrə potensialdan yararlanmaqla ölkəmizə investisiya qoyuluşuna, yerli KOB-larla birgə layihələr icra etməyə dəvət edib. Qeyd olunub ki, KOBİA bu sahədə türkiyəli iş adamlarına dəstək göstərməyə hazırdır.

Görüş zamanı KOBİA-nın fəaliyyətinə və dəstək mexanizmlərinə dair təqdimat keçirilib, iş adamları fəaliyyətləri barədə məlumat verib və onları maraqlandıran suallar cavablandırılıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?