7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb

Rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Agentliyə daxil olmuş məlumatlar əsasında elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçılarından olan “Baku Electronics” MMC və “ABC Telecom” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb.

Araşdırma nəticəsində “Baku Electronics” MMC tərəfindən “YOSHİRO” əmtəə nişanlı televizorların, “ABC Telecom” MMC tərəfindən isə “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə müştəriləri çaşdıran məlumatlardan və həmin məhsulların mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (nişandan) istifadə nəticəsində müştəriləri çaşdırmaqla haqsız rəqabətə yol verməsi əlamətləri müəyyən edilib. Həmçinin “YOSHİRO” əmtəə nişanlı televizorların reklamında həmin əmtəə barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri də aşkar olunub.

Qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hər iki təsərrüfat subyekti barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Hazırda işlərə baxılma prosesi davam edir və nəticələri barədə əlavə məlumat veriləcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?