14 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dənizkənarı bulvar ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.

Dövlət Agentliyinin məlumatına görə, bu silsilədən olan növbəti görüş Agentliyin təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə təşkil olunub.

“Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə dənizkənarı bulvar ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Görüş zamanı Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış edərək istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələrində mövcud problemlərin həlli istiqamətində Agentlik tərəfindən atılan addımlar, istehlakçıların əsas hüquqları və sahibkarların bu sahədə vəzifələri, Agentliyin istehlak bazarında nəzarət sahələri barədə ətraflı məlumat veriblər. Həmçinin ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi üzrə etibarlı təminat sisteminin yaradıldığı və bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbul olunduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?