10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xarici ölkə vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanları genişləndirildi

Xarici ölkə vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanları genişləndirildi

2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.

Dövlət Turizm Agentliyinin məlumatına görə, bu imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.

Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” (yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.

Portalda xarici ölkə vətəndaşlarının pasport məlumatlarının daxil edilməsi üçün müvafiq pəncərələr yaradılıb, əlçatanlığı təmin etmək üçün portalda ingilis və rus dillərində funksionallıq təmin olunub.

Xarici ölkələrin vətəndaşları, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

Bununla yanaşı əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər. Qrup turları – Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək.

Həmçinin yuxarıda adları çəkilən ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar. Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?