25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sənaye 4.0 keyfiyyət və məhsduldarlıqda artım vəd edir

Sənaye 4.0 keyfiyyət və məhsduldarlıqda artım vəd edir

Sənaye 4.0 Dördüncü Sənaye İnqilabının sırf sənaye ilə bağlı olan alt hissəsidir və kiber-fiziki sistemlərin istehsalatda geniş tətbiqi ilə xarakterizə olunan bir dövrdür. Bu dövr müəssisələrin sərhədlərini aşan, xarici mühitlə daim əlaqədə olan və qlobal sənaye şəbəkələrinə qoşulan ağıllı istehsal sistemlərinin yaradılmasını təmin edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərovun sözlərinə görə, Sənaye 4.0 transformasiyasının təşkilatlara bir sıra müsbət təsirləri var. Belə ki, bunu tətbiq edən şirkətlərdə anbar xərclərini 20-40 faiz arasında azaltmaq mümkündür. Lakin bu, son deyil, transformasiya ilə əmək məhsuldarlığı 15-30 faiz, ümumi gəlir və məhsuldarlıq isə 10-30 faiz artır. Digər tərəfdən, mühəndislik xərcləri 10-30 faiz azaldığı halda, avadanlıq dayanmalarında vaxt itkisi 30-50 faizə qədər azalır. Keyfiyyətdə artım isə 10-20 faizə bərabərdir.

Hazırda Azərbaycanda Sənaye 4.0 pilot hazırlıq proqramı tətbiq edilir. Bu proqram bir neçə mərhələdən ibarətdir. Belə ki, təşkilatlar öncə bu proqrama müraciət edirlər və daha sonra seçilmiş müəssisələrin rəqəmsal və yaşıl yetkinliyinin ölçülməsi məqsədilə diaqnostika aparılır, bu işə sahəvi ekspertlər cəlb olunur və onlar müəssisələr üçün fərdi yol xəritəsi hazırlayırlar. Yol xəritəsinin icrası çərçivəsində güzəştli kreditin ayrılması üçün müraciət edilir və nəhayət, rəqəmsal və yaşıl transformasiya üzrə yol xəritəsinin icrasına başlanılır.

Hazırda Azərbaycanda “SOCAR Polymer” və “AzerGold” dövlət şirkətləri beynəlxalq təcrübəni tətbiq edirlər, bununla yanaşı, milli proqram pilot formada bəzi şirkətlərdə sınaqdan keçirilir. “Metak”, “Azerfloat” və Sumqayıt Texnologiyalar Parkının rezidenti “Best Soft” MMC milli proqramın öncüllərindəndir.

Yaxın zamanda Azərbaycanda Sənaye 4.0 Mərkəzi açılacaq. Fariz Cəfərovun sözlərinə əsasən, bu, ölkəmizdə sənayenin rəqəmsal transformasiyasını hərtərəfli formada dəstəkləyəcək. Mərkəz “One-stop-shop” modeli əsasında Sənaye 4.0 transformasiyasını həyata keçirməyə dəstək olacaq, “Öyrən və öyrət” yanaşması ilə eksperimental mühitin formalaşdırılması hədəflənir. Bununla yanaşı, bütün sənayelər üzrə texnologiyaların tətbiqinin stimullaşdırılması, sahəvi insan kapitalının bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə və qabaqcıl texnologiya mübadiləsi, dövri maarifləndirmə və təşviqat tədbirləri bu mərkəzin açılması ilə reallığa çevriləcək.

Faiq KƏRİMOĞLU

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması