24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nın nəticələri açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, tədqiqat çərçivəsində Asiya-Sakit okean regionunda 2023–2025-ci illər arasında aparılan xarici ticarət islahatlarının nəticələrinə əsasən, Azərbaycan 2025-ci ildə ticarətin asanlaşdırılmasını özündə əhatə edən beş istiqamətin orta göstəricisi üzrə 92,5 faiz səviyyəsində yüksək nəticə nümayiş etdirərək Avrasiya regionunda ilk onluqda qərarlaşıb.

Azərbaycan ticarətin asanlaşdırılmasına daxil olan şəffaflıq, formal prosedurlar, institusional əməkdaşlıq və koordinasiya indikatorları üzrə 100 faiz, kağızsız ticarət üzrə 92,59 faiz, sərhədlərarası kağızsız ticarət üzrə 72,2 faiz effektivlik nümayiş etdirərək olduqca yüksək nəticə əldə edib.

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nda Azərbaycan şəffaflıq göstəricisi üzrə 2015-ci illə müqayisədə 53,3 faiz bənd, formal prosedurlar üzrə 50 faiz bənd, 2023-cü illə müqayisədə 8,3 faiz bənd, institusional əməkdaşlıq və koordinasiya göstəricisi üzrə 2015-ci illə müqayisədə 33,3 faiz bənd, 2023-cü ilə nəzərən 11,1 faiz bənd, kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bənd, 2023-cü illə müqayisədə 3,7 faiz bənd, sərhədlərarası kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 50 faiz bənd, 2023-cü ilə nəzərən isə 5,6 faiz bənd irəliləyib.

Bütövlükdə tədqiqat Azərbaycanın sözügedən göstəricilər üzrə 2015-ci ildən 2025-ci ilə qədər yalnız davamlı olaraq icra faizlərini artırdığını nümayiş etdirir.

Azərbaycan sözügedən tədqiqatda yüksək nəticə əldə etməklə Asiya-Sakit okean zonasında yerləşən əksər ölkələri qabaqlayaraq icra performansına görə yeddinci mövqedə, habelə, tədqiqatın regional təsnifatlaşmasında yer alan Şimal və Mərkəzi Asiya, o cümlədən dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında birinci mövqedə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan üzv olduğu bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də liderdir. Belə ki, sözügedən tədqiqat çərçivəsində ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında lider mövqedədir. Bundan əlavə, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən dövlətlər arasında Çin Xalq Respublikasından sonra ikinci mövqedə qərarlaşıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması