25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pərviz Şahbazov: “Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil”

Pərviz Şahbazov: “Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil”

Hazırda Azərbaycan 20-dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz edir.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov 9-cu OPEC Beynəlxalq Seminarında “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edərkən deyib.

Bildirilib ki, Azərbaycan qazı hazırda Gürcüstanda qaz istehlakının 78 faizini, Bolqarıstanda 50 faizdən çoxunu, Yunanıstanda 18 faizini, İtaliyada təxminən 16 faizini, Türkiyədə isə 18,5 faizini təmin edir. Hazırda Cənub Qaz Dəhlizinə üzv olmayan ölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbi mövcuddur.

Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycanın təbii qaz potensialı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər, lakin bu potensialın tam reallaşması investisiya və uzunmüddətli öhdəliklər əsasında mümkündür. Onun sözlərinə görə, yeni yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bu baxımdan əsas şərtlərdir. Qeyd olunub ki, beynəlxalq tərəfdaşlarla birlikdə işlənilən 5 karbohidrogen layihəsindən 2030-cu ilə qədər əlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə və quruda perspektivli strukturlar üzrə işlər aparılır.

Nazir 2050-ci ilə qədər enerji balansında neft-qazın payının 53 faizdən yüksək olmasına dair proqnozlara rəğmən ənənəvi enerji resurslarının inkişafı ilə bağlı hazırkı məhdudiyyətlərin gələcəkdə təchizat çatışmazlığı ilə nəticələnə biləcəyini vurğulayıb.

“Neft-qazın enerji qarışığımızda əsas yer tutduğunu və bu tendensiyanın gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahəyə investisiyalar təxirə salınmamalıdır. Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil. Enerji layihələrinə sərmayənin azalması gələcəkdə tədarükdə fasilələrə və real risklərə gətirib çıxara bilər”, - nazir əlavə edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması