19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BP şirkəti ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini təqdim edib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru olan BP şirkəti podratçı tərəflərin adından "Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini hazırlayıb və dərc edib. Sənəddə "Şəfəq-Asiman" dəniz blokunda kəşfiyyat quyusunun qazılması işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və təsirin azaldılması üçün görülməli tədbirlər tövsiyə edilir. Məqsəd nəzərdə tutulmuş işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək, minimuma endirmək və mümkün olduqda aradan qaldırmaqdır.

Şirkət Azərbaycan ictimaiyyətini, mütəxəssisləri və digər maraqlı tərəfləri bu sənədin layihə variantına dair rəy və fikirlərini bildirməyə dəvət edir.
Hazırda "Şəfəq-Asiman" müqavilə sahəsində suyun təxminən 624 metr dərinliyində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazma işlərinin 2019-cu ilin dördüncü rübündə başlayacağı gözlənilir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?