17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yelena Baxmutova: “Türk dövlətlərinin vahid rəqəmsal valyutasının yaradılması üçün güclü infrastruktur qurulmalıdır”

Yelena Baxmutova: “Türk dövlətlərinin vahid rəqəmsal valyutasının yaradılması üçün güclü infrastruktur qurulmalıdır”

Türk dövlətlərinin vahid rəqəmsal valyutasının yaradılması üçün güclü infrastruktur qurulmalıdır. Bunu “vergiler.az”a açıqlamasında Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova deyib. Onun sözlərinə görə, artıq Qazaxıstanda bu infrastruktur mövcuddur: “Bu sahədə Çin yaxşı nümunədir. Qazaxıstanın təcrübəsi də uğurlu sayıla bilər. Lakin belə bir təşəbbüs üçün əvvəlcə bütün türk dövlətlərinin mərkəzi bankları səviyyəsində güclü infrastruktur yaradılmalıdır. Biz yaxın illərdə Qazaxıstanda rəqəmsal ödəniş sahəsində böyük inkişaf gözləyirik”.

Qeyd edək ki, Qazaxıstanda rəqəmsal valyuta olan “Rəqəmsal tenge”nin yaradılmasını nəzərdə tutan layihənin ilkin mərhələsi artıq tamamlanıb. Bu valyuta kağız pulun rəqəmsal versiyasıdır və dövlət maliyyəsinin daha şəffaf idarə olunması, büdcə xərclərinin izlənməsi baxımından çox faydalıdır. Y.Baxmutova bildirib ki, bu texnologiya internet bağlantısı zəif olan ucqar bölgələrdə də istifadə oluna bilər: “Doğrudur, bu texnologiyalar böyük maliyyə tələb edir. İnfrastrukturun qurulması, texnologiyanın tətbiqi və təlimlər yüksək xərclərlə müşayiət olunur. Qazaxıstanda bu cür layihələr dövlət tərəfindən ayrıca büdcə nəzarəti altında həyata keçirilir”.

Müsahibimiz maliyyə sektorunda kibertəhlükəsizlik məsələlərinə də toxunub. Onun fikrincə, bu sahədə təhlükəsizliyin təmin olunması dövlət qurumları üçün də əhəmiyyətlidir: “Əslində, bu, bütün dünya üçün aktual məsələdir. Qazaxıstanda kibertəhlükəsizliyə cavabdeh xüsusi dövlət qurumları mövcuddur. Banklar bu məsələnin ön cərgəsindədir. Əhali hər hansı problem olduqda, əsasən, bankları günahlandırır, halbuki bəzən məsuliyyət fərqli tərəflərdə ola bilər. Kibertəhlükəsizlik təkcə bank sektoru üçün deyil, həm də dövlət orqanlarının informasiya sistemləri üçün çox vacibdir”.

Maliyyə fırıldaqçılığının postsovet ölkələri üçün ortaq problem olduğunu vurğulayan Y.Baxmutova rəqəmsal ödənişlərin artması ilə bu risklərin yüksəldiyini bildirib. O, Qazaxıstanda Milli Bankın nəzdində Anti-Fraud Mərkəzinin yaradıldığını qeyd edib: “Bu mərkəz banklar və telekommunikasiya şirkətləri ilə birlikdə çalışır. Həmçinin, Maliyyəçilər Assosiasiyası çərçivəsində xüsusi komitə fəaliyyət göstərir və bu sahədə fikir mübadiləsi və qabaqlayıcı tədbirlər həyata keçirilir. Hökumət bu sahəni nəzarətdə saxlayır. Ümumi miqyas böyük olmasa da fırıldaqçılıq halları ilə bağlı narahatlıq artır. İstifadəçilərin sayı artdıqca, risk də yüksəlir. Biz “Visa”, “MasterCard” və digər beynəlxalq tərəfdaşlarla birlikdə süni intellektdən istifadə etməklə bu sahədə qabaqlayıcı tədbirlər görürük”.

Fərqanə ALLAHVERDİQIZI

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?