BƏƏ-yə məhsul ixracı iki dəfədən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 1,9 dəfə artaraq 64,9 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan BƏƏ-yə ixrac: 45,4 milyon dollar (+2,2 dəfə)
BƏƏ-dən Azərbaycana idxal: 19,4 milyon dollar (+49,2 faiz)
Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,3 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
