17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Yaşıl kart" öz çərçivəsini genişləndirir

İcbari Sığorta Bürosunun məlumatına görə, 2019-ci ilin yanvar-iyun ayları ərzində "Yaşıl kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 18.837 sığorta şəhadətnaməsi satılmışdır ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16 faiz çoxdur.

Altı ay ərzində "Yaşıl kart" beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox – 1 milyon 359 min 162 manat təşkil etmişdir. Sığorta hadisələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 219-a çatmışdır.

Qeyd edək ki, "Yaşıl kart" beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən, Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda 48 ölkənin üzv olduğu sistemə Azərbaycan 28 may 2015-ci il tarixində qəbul edilmiş və 2016-cı il yanvarın 1-dən sistem çərçivəsində fəaliyyət göstərir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?