24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 6 faizdən çox artıb

Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 6 faizdən çox artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-may aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb.

Sənaye məhsulunun 62,2 faizi mədənçıxarma sektorunda, 31,0 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 dəfə, əczaçılıq məhsullarının istehsalı 84,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,1 faiz, qida məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 7,7 faiz, içkilərin istehsalı 5,6 faiz, tütün məmulatlarının istehsalı 4,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,7 faiz, mebel istehsalı 4,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,6 faiz artmış, neft məhsullarının istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 7,8 faiz, hazır metal məmulatlarının istehsalı 9,6 faiz, tikinti materiallarının istehsalı 10,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 14,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,9 faiz, kağız və karton istehsalı 24,9 faiz, poliqrafiya məhsullarının istehsalı 35,5 faiz, geyim istehsalı isə 47,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?