12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas məqsəd subsidiyaların verilməsində şəffaflığın təmin olunmasıdır

Kənd təsərrüfatı subsidiyalarının verilməsində dəyişikliklərlə bağlı fermerlərin tam şəkildə məlumatlandırılması, onlara yeni qaydaların aşılanması məqsədilə təlimlərə başlanılıb.

Bu barədə jurnalistlərə açıqlama verən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, təlimlər ilkin mərhələdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları üçün keçirilir. Prosesə bu sahəni yaxşı bilən mütəxəssislər cəlb ediliblər. Daha sonra sözügedən əməkdaşların dəstəyi ilə regionlarda fəaliyyət göstərən Agentliyin könüllüləri vasitəsilə bu şəbəkə genişləndiriləcək. Onlar da öz növbəsində bələdiyyələr, yerli icra hakimiyyəti qurumlarının nümayəndələrinə və fermerlərə təlimlər keçəcək, gələcəkdə subsidiyaların hansı şərt və qaydalarla veriləcəyi ilə bağlı məlumatlandıracaqlar.

Qeyd olunub ki, əsas məqsəd subsidiyaların verilməsində şəffaflığın və fermerlərə əlçatanlığın təmin olunmasıdır.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi