Bu barədə jurnalistlərə açıqlama verən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, təlimlər ilkin mərhələdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları üçün keçirilir. Prosesə bu sahəni yaxşı bilən mütəxəssislər cəlb ediliblər. Daha sonra sözügedən əməkdaşların dəstəyi ilə regionlarda fəaliyyət göstərən Agentliyin könüllüləri vasitəsilə bu şəbəkə genişləndiriləcək. Onlar da öz növbəsində bələdiyyələr, yerli icra hakimiyyəti qurumlarının nümayəndələrinə və fermerlərə təlimlər keçəcək, gələcəkdə subsidiyaların hansı şərt və qaydalarla veriləcəyi ilə bağlı məlumatlandıracaqlar.
Qeyd olunub ki, əsas məqsəd subsidiyaların verilməsində şəffaflığın və fermerlərə əlçatanlığın təmin olunmasıdır.