İsveçrə ilə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 5 dəfə artaraq 279,3 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan İsveçrəyə ixrac: 154,3 milyon dollar (+4,5 dəfə)
İsveçrədən Azərbaycana idxal: 124,9 milyon dollar (+5,6 dəfə)
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,65 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
