İtaliyanın "Saipem S.p.A." şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
“30-cu Bakı Enerji Həftəsi çərçivəsində İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri cənab Alessandro Puliti ilə görüşməkdən məmnun olduq. Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
