24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq Sazişi imzalanıb

Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq Sazişi imzalanıb

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.

Energetika Nazirliyindən verilən məlumata görə, sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin vitse-prezidenti Bo Wang imzalayıblar.

Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşün nəticəsi olaraq əldə edilmiş razılaşmaların hüquqi çərçivədə təsbit olunmasını təmin edir. Məqsəd Azərbaycanda təmiz enerji və müasir enerji sistemlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirmək və bu sahədə konkret layihələr icra etməkdir. Sənədə əsasən, “China Energy Engineering Corporation Limited” şirkəti ilə 160 MVt gücündə Füzuli Günəş Elektrik Stansiyası, Xəzər dənizində 200 MVt gücündə külək enerjisi, hidroenergetika və “Yaşıl Enerji Dəhlizi” layihələri üzrə əməkdaşlıq ediləcək. Saziş, həmçinin enerji planlaşdırılması və şəbəkə tədqiqatlarının həyata keçirilməsi, yaşıl enerjidən istifadənin inkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması, bərpa olunan enerji sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əməkdaşlığı əhatə edir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?