İranla ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın İranla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 11,5 faiz artaraq 204,5 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan İrana ixrac: 5,8 milyon dollar (+29,2 faiz)
İrandan Azərbaycana idxal: 198,6 milyon dollar (+11,1 faiz)
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İranla ticarətin payı 1,2 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
