5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa İqtisadiyyat Nazirliyi tərəfindən yaradılacaq superkompüter infrastrukturuna dair müəssisələrin ehtiyaclarını müəyyənləşdirmək və qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə təşkil edilib. Tədbirdə süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və yüksək performanslı hesablama sahəsində fəaliyyət göstərən müəssisələr, eləcə də ali məktəb, tədqiqat institutları və texnoloji startapların 50-dən çox mütəxəssisi iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov bildirib ki, superkompüter infrastrukturu yüksək hesablama gücünə tələbatın artdığı bir dövrdə mürəkkəb iqtisadi modellərin qurulması, məlumatların dərindən analizi və süni intellektin tətbiqi sahələrində dayanıqlı və çevik həllər təqdim etmək məqsədilə yaradılır.

Qeyd olunub ki, superkompüterdən Milli Məkan Məlumatları İnfrasturkturunun qurulması, böyük həcmli məlumatların (“Big Data”) yaradılması və təhlili, investisiya qoyuluşlarının modelləşdirilməsi, tədqiqatların aparılmasında və s. istifadə olunması planlaşdırılır. Dövlət qurumları ilə yanaşı, özəl sektorun və vətəndaş cəmiyyətinin bu infrastrukturdan yararlanması nəzərdə tutulub.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov superkompüter infrastrukturunun böyük həcmli məlumatların sürətli emalı, mürəkkəb hesablama və analizlərin aparılması üçün vacib vasitə olduğunu vurğulayıb. Bu infrastrukturun sənayenin rəqəmsallaşması, avtomatlaşdırma və ağıllı istehsal sistemlərinin inkişafına zəmin yaratdığı qeyd olunub.

Tədbirdə superkompüter texnologiyalarının tətbiqi və inkişafı ilə bağlı beynəlxalq təcrübə barədə təqdimat nümayiş olunub. Superkompüter infrastrukturunun texniki imkanları barədə məlumat verilib. Bildirilib ki, superkompüter 1.2 PFLOPS gücündədir. Superkömpüter NVİDİA H200 qrafik çipləri əsasında yığılıb.

Dəyirmi masada iştirak edən mütəxəsəssislər ölkəmizdə superkompüter infrastrukturunun yaradılmasının müsbət adddım olduğunu vurğulayıblar. Bu infrastruktun nəticələrin dəqiq hesablanması, daha sürətli və daha dəqiq iqtisadi proqnozlaşdırma və analiz, qərar qəbuletmədə simulyasiya və əsaslandırılmış arqumentlərə əsaslanmaya imkan verəcəyi bildirilib.

Tədbirdə məlumatların emalı və analitik potensialın artırılmasının önəmi qeyd edilib. Mütəxəssislər ölkədə yüksək hesablama gücünə olan tələbat, texniki ehtiyaclar, infrastrukturdan istifadə və elmi-tədqiqat potensialının gücləndirilməsi kimi mövzularda fikir mübadiləsi aparıblar.

Tədbir iştirakçılarının superkompüterdən istifadə ilə bağlı sualları cavablandırılıb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?