23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyanın Samara vilayətinin müəssisələri ilə əməkdaşlıq haqqında razılaşmalar əldə olunub

Rusiyanın Samara vilayətinin müəssisələri ilə əməkdaşlıq haqqında razılaşmalar əldə olunub

Azərbaycan və Rusiya Federasiyasının Samara vilayətinin müəssisələri arasında əməkdaşlıq haqqında razılaşmalar əldə olunub.

Samara vilayəti KİV-nin yaydığı məlumata əsasən, Bakıya təşkil olunan biznes-missiya çərçivəsində nümayəndə heyətinin üzvləri Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) nümayəndələri ilə işgüzar görüşdə iştirak edib və Azərbaycanda biznesin aparılmasının xüsusiyyətləri barədə danışıblar.

“Azera Holding”lə görüşdə tərəflər Samara istehsalçılarından məhsulların tədarükü və onların Azərbaycanda istehsalının təşkili ilə bağlı ətraflı şərtləri nəzərdən keçirmək barədə razılığa gəliblər. Nümayəndə heyətinin üzvləri holdinqin şirkətlərindən biri olan “Sara Logistics” ilə əsas logistika məsələlərini müzakirə ediblər.

İşgüzar missiyanın nəticəsi olaraq bir sıra razılaşmalar əldə olunub:

- Samara şirkəti “Osnovnoy Product” MMC-nin məhsullarının Bakının pərakəndə satış şəbəkələrində yerləşdirilməsi haqqında,

- “Assosiasiya SIP” MMC ilə turizm bazalarının tikintisi layihəsi üzrə,

- “Sara” şirkəti ilə - Qarabağda tikinti layihələri üzrə,

- “Greenstream” müəssisəsi ilə ev dəstlərinin tədarükü haqqında.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?