9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək KOBİA regionlarda 18 layihəyə 300 min manatdan çox qrant vəsaiti ayırıb

İndiyədək KOBİA regionlarda həyata keçirilən və ya icrası davam edən 18 layihəyə 300 min manatdan çox qrant vəsaiti ayırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, regionlarda fəaliyyət göstərən 40 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Məhsul və xidmətlərinin satışına və tanıdılmasına dəstək üçün bölgələrdə 930-a yaxın biznes subyketinin iştirakı ilə 16 sərgi və yarmarka təşkil edilib. Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən faydalanan sahibkarların 15-ə yaxını regionlardandır. Bölgələrdə yeni məhsul və xidmət istehsalı üzrə sahibkarların müraciətləri və KOBİA-nın təşəbbüsü ilə 3 daxili bazar araşdırması aparılıb.

Bugünədək Agentlik tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün ödənişsiz olaraq 3 mindən çox təlim, 80 min saata qədər məsləhət xidməti təşkil olunub. KOBİA-nın dəstəyi ilə hazırlanan biznes planların 700-ə yaxını da region sahibkarlarının və ya bölgələrdə icra olunacaq layihələrin payına düşür.

Bölgələrdəki sahibkarların biznes sahəsindəki yeniliklər və müasir çağırışlar, mövcud dövlət dəstəyi alətləri barədə məlumatlandırılması, qarşılaşdıqları məsələlərin, ehtiyac və təkliflərinin öyrənilərək müvafiq qurumlarla birgə həlli məqsədilə indiyədək KOBİA tərəfindən 20 mindən çox sahibkarın iştirakı ilə 580-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?