Gürcüstanla ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 14,9 faiz artaraq 272,9 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Gürcüstana ixrac: 234,9 milyon dollar (+11,3 faiz)
Gürcüstandan Azərbaycana idxal: 37,9 milyon dollar (+43,7 faiz)
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 1,61 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
